Qusarda sərxoş kişi pilləkəndən yıxılıb öldü » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:17 Ötən gün itkin düşən 14 nəfər tapılıb  |     19:10 Rusiya Milli Qvardiyasının general-mayoru korrupsiya işi üzrə həbs edilib  |     19:04 Binəqədidə 58 yaşlı kişini avtomobil vurub  |     18:55 Rusiya klubunun iki futbolçusu eyni gündə vəfat edib  |     18:48 "Telegram"da kiber üsullarla bank kartlarından oğurluq edən şəxs saxlanıldı  |     18:30 AZAL: Tbilisi-Bakı reysi texniki səbəblərə görə gecikir  |     18:16 İki qurumdan hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ  |     18:11 Ukraynadakı münaqişənin həll edilməsi ilə bağlı ÜÇMƏRHƏLƏLİ TƏKLİF  |     18:04 Bakıda 17 milyon manata satılan villa kimindir? (VİDEO)  |     17:50 Azərbaycan siqareti ən çox bu ölkələrə satır (SİYAHI)  |     17:25 İngiltərəli hakim HƏBS EDİLDİ - Təcavüzdə ittiham edilir  |     17:18 İran prezidenti Tehranda Əli Əsədovu qəbul edib  |     17:00 Azərbaycanlı iş adamı Polşada müəmmalı şəkildə YOXA ÇIXDI - Şərikli biznes qurubmuş  |     16:44 Bakı-Tbilisi qatar reysi BƏRPA EDİLİR - Tarix də müzakirə olundu  |     16:41 DTX-dən ƏMƏLİYYAT: MİDA-nın adından istifadə edənlər ifşa olundular  |     16:37 Qar yağacaq, güclü külək əsəcək, temperatur 7-10 dərəcə enəcək - XƏBƏRDARLIQ  |     16:23 Həbsdəki general Nizami Məmmədovdan XƏBƏR VAR: Vəsatəti təmin olunmadı  |     16:22 Ölkədəki işsizlərin sayı açıqlandı  |     16:15 "Neftçi"nin maliyyə direktoru vəzifəsindən ayrıldı  |     14:52 Mirsaleh Seyidov rəisi İŞDƏN ÇIXARDI - Yeni təyinat  |    

Qusarda sərxoş kişi pilləkəndən yıxılıb öldü

Qusar rayonunda yaşayan Rusiya vətəndaşı spirtli içkinin təsirindən yıxılıb və ölüb.

Qusar şəhəri, H.Əliyev prospekti, ev 73-də yaşayan 1971-ci il təvəllüdlü Balaşov Rasim Əbulferzoviç dünən axşam saatlarında alkoqol sərxoşluğu vəziyyətində yaşadığı evin pilləkənindən həyətə düşərkən qəfildən yıxılıb.

Hadisə nəticəsində baş nahiyəsi dəhlizin beton döşəməsinə dəyib və aldığı zərbədən yerindəcə dünyasını dəyişib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırmaları zamanı məlum olub ki, R.Ə.Balaşov Qusar rayonunda anadan olsa da, Rusiya Federasiyasının vətəndaşı kimi Dağıstan Respublikasının Məhərrəmkənd rayonu, Quysun kəndində qeydiyyatda olub.

Meyitə baxış zamanı onun üzərində heç bir zorakılıq əlamətləri qeydə alınmayıb və daxili müayinə üçün Azərbaycan Respublikası MTE və PA Birliyinin Qusar rayon şöbəsinin meyitxanasına gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 840 13.11.18 12:13