Bilgəh-Buzovna yolunda baş verən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatı məlum olub.
Qəza nəticəsində dünyasını dəyişən qadının qızının yaxın günlərdə toyu olmalı idi.
Hadisə şahidləri bildiriblər ki, qadın maşının sol qapısından düşdüyü zaman onu digər avtomobil vurub. Qəza zamanı qadını ünvan başına gətirən taksinin sürücüsü də yüngül xəsarət alıb.
“Anam işdən qayıdırdı. Məhərrəm ayı başa çatandan sonra toyum olmalı idi. Hamı toya hazırlaşırdı, amma yas düşdü”, - qadının qızı deyib.
Hadisə yerində araşdırma aparan yol-patrul xidmətinin əməkdaşlarının sözlərinə görə, ilkin ehtimallara əsasən, qəza “Azsamand” markalı avtomobilin sürücüsünün sürət həddini aşması və yolun sağ zolağı ilə ötmə əməliyyatı etməsi olub.
* * * * *
Bilgəh-Buzovna yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.az-ın hadisə yerində olan müxbiri xəbər verir ki, “Azsamand” markalı avtomobil qadını vurub.
Qadın hadisə yerində ölüb.
Bildirilir ki, qadın taksidən düşərkən “Azsamand” tərəfindən vurulub.//oxu.az