Median.Az xəbər verir ki, oktyabrın 29-da Bakı şəhər sakini Əli Abdullayevin xəsarətlə xəstəxanaya gətirilməsi barədə Xəzər RPİ 2-ci polis şöbəsinə məlumat daxil olub.
Araşdırma zamanı, Şağan qəsəbə sakini olan Ə.Abdullayevin həmin gün saat 19 radələrində Buzovna qəsəbəsində avtomobillə vurulması məlum olub.
Əməliyyat-axtarış tədbirləri ilə hadisənin “Mercedes” markalı avtomlobillə törədildiyi müəyyən edilib və həmin nəqliyyat vasitəsinin sürücüsü, Buzovna qəsəbə sakini Mahir Əhmədov saxlanılıb.
Xəzər RPİ-də faktla bağlı araşdırma aparılır.