Tovuz rayonunda 22 yaşlı qadın dərmandan zəhərlənib.
Median.Az "Report"a istinadən bildirir ki, rayonun Alakol kənd sakini, 1996-cı il təvəllüdlü Türkan Hüseynova xəstəxanaya yerləşdirilib.
Xəstəxanadan onun artıq miqdarda həb qəbul etdiyinə görə zəhərləndiyi bildirilir.
Hadisənin intihara cəhd olduğu da ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.