Daha bir körpə doğuş zamanı öldü » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:24 Sumqayıtda və Sarayda bu tarixdə 549 mənzil kirayə üsulu ilə satışa çıxarılır – Aylıq ödəniş 448 manatdan  |     21:19 Məhkəmədə kredit öhdəliyinin olduğunu sübut etmək vəzifəsi kimin üzərinə düşür? – Ali Məhkəmədən qərar  |     21:16 "AZ Alkmaar" klubu "Qalatasaray" azarkeşlərinə şərt qoydu  |     21:08 Pensiyaların hesablanmasında yenilik təklif edilib  |     20:43 Azərbaycan Moskvanı "Mandarin" müsabiqəsi üçün sitrus meyvələri ilə təmin edəcək  |     20:27 Yaponiyada güclü zəlzələ baş verib  |     20:14 Nazirlə komitə sədri arasında MÜBAHİSƏ: "İki inək verirlər, üç gün sonra ölür"  |     19:14 Azərbaycanla iki ölkə arasında viza rejimi qismən ləğv olunur  |     19:12 Yasamalda 14 yaşlı qız özünü binadan atdı  |     18:56 "Kürd Elnur" yenidən hakim QARŞISINDA  |     18:32 Pensiyaların hesablanmasında yenilik təklif edilib  |     18:05 Bir neçə ay əvvəl tutulan narkotacir HƏBSXANADA ÖLDÜ  |     17:18 Keçmiş rəis müavini və onunla birgə ittiham olunan iki nəfərin YARIM MİLYONLUQ CİNAYƏT İŞİ  |     17:17 AFFA Premyer Liqa klublarına cəzalar yağdırdı  |     16:57 Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunda qatarlar "Əhmədli" stansiyasına qədər hərəkət edəcək  |     16:52 Narkotik vasitənin təsiri altında qəza törədən sürücü həbs olundu  |     14:16 53 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verilib - RƏSMİ  |     14:11 Moskvada MDB ölkələrinin təhlükəsizlik orqanları rəhbərlərinin XX iclası işə başlayıb  |     14:03 Azərbaycan gömrükçüləri diş məcunu qabından narkotik vasitə aşkar ediblər  |     13:53 Bakıda sabiq rəis həbs edildi  |    

Daha bir körpə doğuş zamanı öldü

Quba rayonunda doğuş zamanı körpə ölümü baş verib.

Median.Az
report-a istinadən xəbər verir ki, Quba şəhər sakini, 1994-cü il təvəllüdlü Turac Nəzər qızı Sultanova Quba Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə doğuş üçün aparılıb. Lakin ilk hamiləliyindən dünyaya gətirdiyi oğlan körpəsi ölü doğulub.

T.Sultnovanın qayınatası Salman Sultanov açıqlamasında hadisənin həkimlərin səhlənkarlığı ucbatından baş verdiyini bildirib. O, faktın araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edəcəyini də bildirib: "Gəlinim hamiləliyin ən son anlarınadək həkim nəzarətində olub. Heç bir problem olmadığını bildiriblər. Lakin doğuşa gedən gəlinimə 20 dəqiqədən sonra körpənin artıq bətində öldüyünü deyiblər. Nəvəmin ölümünə səbəb həkimlərin səhlənkarlığı olub".

Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlyar Sərvərov isə "Report"un yerli bürosuna deyib ki, doğuş zamanı döl ölü doğulub: "Bu həkim səhvi deyil, ananın patalogiyası hesab olunur".

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 931 07.09.18 17:19