Median.Az xəbər verir ki, avqustun 31-də saat 16 radələrində Bibiheybət qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Məhəmməd Abıyevin idarə etdiyi “BMW” və Elnur Abdullayevin idarə etdiyi “NAZ Lifan” markalı avtomobillər toqquşub.
Nəticədə E.Abdullayev və iki sərnişini Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər, göstərilən tibbi yardımlara baxmayaraq sərnişin Balarəhim Əliyev orada ölüb.
Səbail RPİ-də faktla bağlı araşdırma aparılır.