Şəmkir rayonunda 26 yaşlı gənc intihar edib.
Median.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Könüllü kəndinin ərazisindəki Alabaşlı dəmir yolu stansiyasınıda qeydə alınıb.
1992-ci il təvəllüdlü Nadir Məmmədov özünü Alabaşlı dəmir yolu stansiyasınıda yük vaqonundan asaraq intihar edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.