Median.Az xəbər verir ki, ötən gün Şəmkir şəhərində yaşayan Oruc Həsənovun həyətində, tanışı Ramiz Niftalıyevlə əmisi oğlu Nazim Niftalıyev arasında mübahisə baş verib. Nəticədə sonuncu tüfəngdən açdığı atəşlə, onları aralamağa çalışan O.Həsənovun əl nahiyəsinə xəsarət yetirib.
Daxil olan məlumat əsasında RPŞ-nin əməkdaşları N.Niftalıyevı saxlayıblar, ondan müvafiq sənədləri olmayan “TOZ-12” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.