Daşkəsən rayonu, Əmirvar kəndində süni göldə batan 1975-ci il təvəllüdlü İmamverdiyev Habil Əli oğlunun meyiti tapılıb.
Onun cəsədi batdığı yerdən beş metr kənardan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.
* * * * *
Daşkəsəndə bir nəfər süni göldə batıb.
Median.Az-ın FHN-nin saytına istinadən məlumatına görə, Daşkəsən rayonu, Əmirvar kəndində süni göldə 1975-ci il təvəllüdlü İmamverdiyev Habil Əli oğlu batıb.
Dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.