Median.Az xəbər verir ki, iyulun 31-i saat 19 radələrində Hacıqabul rayonunun Qarasu kəndi ərazisində Bakı şəhər sakini Müşfiq Əliyev idarə etdiyi “BMW” markalı avtomobili yolun kənarında dayanmış Şəmkir rayon sakini Ruslan Məmmədova məxsus “KamAZ” markalı avtomaşına çırpıb.
Nəticədə “BMW” markalı avtomobilin sərnişinləri - sürücünü arvadı Səmayə Əliyeva, qardaşının arvadı Xatirə Əliyeva və onun oğlu Rizvan hadisə yerində ölüblər, Müşfiq Əliyev və daha 3 sərnişini isə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən faktla bağlı araşdırma aparılır.