Median.Az xəbər verir ki, Xaçmaz rayonunun Yalama kəndi ərazisində Sumqayıt şəhər sakini Müşfiq Əlirzayevin idarə etdiyi "BMW" markalı və Qusar rayon sakini Vadim Balayevin idarə etdiyi "VAZ 21193" markalı avtomobillər toqquşub.
Nəticədə V.Balayev hadisə yerində ölüb, onun sərnişinləri - Simran Sərkərov, Qorxmaz Musayev, Nəcəf Babayev, habelə M.Əlirzayev Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. S.Sərkərov və N.Babayev orada keçiniblər.
Xaçmaz RPŞ-də faktla bağlı araşdırma aparılır.