Bu gün Bakı metropolitenində qəza baş verib.
Bunu oxu.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, hadisə bu gün günorta saatlarında baş verib:
“Neftçilər” metrostansiyasına daxil olan qatarın güzgüsü platformada dayanan gənc oğlanı vurub. Sərnişin, 1996-cı il təvəllüdlü Orxan Qurbanov qatar gələn zaman istəyib ki, digər vətəndaşlardan önə keçsin. Nəticədə o, sərnişinlərin hüdud xəttin keçib. Qatarın güzgüsü onu yıxıb və eynəyi alnını cızıb”.
Bəxtiyar Məmmədov qeyd edib ki, O.Qurbanov təcili tibbi yardımın çağırılmasını istəməyib:
“Amma əməkdaşlar təcili tibbi yardım briqadası çağırıblar. Yüngül xəsarət alıb”.