Bakı şəhəri, Qaradağ rayonunda 2015-ci il təvəllüdlü Quliyeva Aytac Eşqin qızının yaşadığı binanın 6-cı mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Bu barədə Bakı Şəhər Prokurorluğundan məlumat verilib.
Hadisə iyulun 19-da, saat 12:00 radələrində valideyn diqqətsizliyi və səhlənkarlığı ucbatından baş verib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.