Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinin Hadrut rayonunda canavarlar uşaqlara hücum edib.
Median.Az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, hadisə mayın 28-də Mets Taqer və Tumi kəndində baş verib.
Hadisə nəticəsində 10,4 və 11 yaşlı üç uşaq xəstəxanalıq olub.
“İki nəfər üzündən və başından, bir uşaq isə ayağından xəsarət alıb. Onların həyati təhlükəsi yoxdur”, - uşaq həkimi Marqaryan deyib.
O bildirib ki, onlar yaxın günlərdə ayağa qalxacaq.