Dünən İmişli rayonunda dəhşətli qəza baş verib. Məlumata görə, rayonun Hacımuradlı kəndi ərzisində baş verən qəzada 3 nəfər ölüb. Ölən şəxsin bu gün toyu olacaqmış. Belə ki, bəyin nişanlısını gözəllik salonundan götürərək ata evinə qoyduğu və geri qayıdarkən qəzaya düşüb.
Qeyd edək ki, qəzaya uğrayan maşın "Mercedes" olub. Maşının nömrə yerinə "Biz evlənirik" yazıb. Təqdim etdiyimiz fotoda həmin yazı da görünür.
Qəza zamanı biri bəy digərləri isə onun qohumları olmaqla 3 nəfər ölüb.
Ölənlərin adları məlum olub: Bəy Yalçın Məstəliyev, qohumları isə Qoşqar Əhmədov, Əvəz Süleymanovdur.//milli.az