Paytaxtın Nəsimi rayonunda sərnişin hərəkətdə olan taksidən yerə yıxılıb.
“Report” xəbər verir ki, 1948-ci il təvəllüdlü Mahmudova Qəmər Əvəz qızı taksi ilə mənzil başına çatdıqdan sonra avtomobildən düşmək istəyib.
Lakin sürücü yol kənarında duran piyada ilə mübahisə etdiyindən qadının düşmək istədiyini görməyib və maşını hərəkətə gətirib. Bu zaman artıq düşməkdə olan ahıl qadın maşından yerı yıxılıb. Sərnişin ağır kəllə-beyin travması alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hadisənin dəqiq təfərrüatları Nəsimi RPİ tərəfindən araşdırılır.