Sumqayıt şəhərində 25 yaşlı qadın intihara cəhd edib. Hadisə şəhərin Göyərçin abidəsi yaxınlığında – dəniz kənarında baş verib.
Belə ki, şəhər sakini, 1993-cü il təvəllüdlü L.H. özünü dənizə atmaq istəyib. Ətrafda olan insanların sayıqlığı nəticəsində o xilas edilib.
Xəstəxanaya çatdırılan qadının üç gün bundan öncə naməlum şəxs tərəfindən döyüldüyü və bu səbəbdən intihara cəhd etmək istədiyi məlum olub.
Hazırda fakt üzrə araşdırma aparılır. (Report)