Goranboy rayonunun Qızılhacılı qəsəbəsində baş verən ağır yol qəzasının təfərrüatı bəlli olub.
Ölənlər qardaş-bacı olublar.
Yaralılardan biri ölənlərin ailəsinin gəlinidir.
Qəzanı törədən şəxs Qızılhacılı qəsəbə sakini “rəngsaz Tariyel” kimi tanınan şəxsin oğlu olub. O, bir neçə gün sonra hərbi xidmətə yollanmalı imiş.
* * * * *
Goranboy rayonunun Qızılhacılı qəsəbəsində ağır yol qəzası baş verib.
“Mercedes” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, üç nəfər isə ağır yaralanıb.
Xəsarət alanlar 1981-ci il təvəllüdlü Ulduz Əmrahova, 1987-ci il təvəllüdlü Xalidə Dəmirova, 1988-ci il təvəllüdlü Bikəxanım Rüstəmova ağır bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə nəticəsində iki nəfər - Cəmilə Məmmədova və Sahib Abdullayev ölüb./oxu.az