Bakı Metropoliteninin "Koroğlu" stansiyasından Hava limanı istiqamətində avtomagistralda (Sabunçu körpüsünə çatmamış) ağır yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az "Report"a istinadən xəbər verir ki, hadisə aeroport şossesinin Sabunçu rayonu ərazisinə düşən hisəsində qeydə alınıb.
Mərkəzdən Sabunçu körpüsünə istiqamətdə hərəkətdə olan 90-OV-204 dövlət qeydiyyat nişanlı "Niva" markalı avtomobilin sürücüsü qəza xəbərdarlıq işığını yandıraraq, avtomaşını yol kənarında saxlayıb. Arxa istiqamətdə yüksək sürətlə hərəkətdə olann 99-GT-169 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobil "Niva"ya çırpılıb.
Digər "Opel" markalı avtomaşın isə hər iki nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə "Niva"da olan iki nəfər ağır xəsarət alıb. Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.
***
Bu dəqiqələrdə aeroport yolunda tıxac müşahidə olunur.
Median.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. O bildirib ki, metronun “Koroğlu” stansiyası yaxınlığında hava limanı istiqamətində ağır yol nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən həmin ərazidə yolda sıxlıq yaranıb.