Neftçalada faciə olub.
Median.Az xezerxeber.az-a istinadən bildirir ki, qaldırıcı krandan beton plitənin aşağı düşməsi nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
Hadisə Neftçala şəhərinin Yalçın Hacıyev küçəsində qeydə alınıb. Həmin ərazidə söküntü işləri aparılan zaman kran beton plitəni qaldırarkən anidən tros qırılıb. Nəticədə beton plitənin aşağı düşməsi nəticəsində orada çalışan fəhlələrdən biri, rayon sakini, 57 yaşlı İlham Rzayev ciddi zədələnərək hadisə yerində dünyasını dəyişib. Bankə qəsəbə sakini, 35 yaşlı Elşən Lalayev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Neftçala rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilk tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.