Abşeron rayonunun Saray qəsəbəsində vətəndaşa məxsus çörək sexində güclü partlayış baş verib.
Median.Az-ın Report-a istinadən məlumatına görə, hadisə nəticəsində üç nəfər ağır xəsarət alıb.
Hadisə nəticəsində sexdə olan üç nəfər – 1972-ci təvəllüdlü Natiq Əmrah oğlu Əmrahov, 1967-ci il təvəllüdlü Qızılgül Əzim qızı Əmrahova və 1984-cü il təvəllüdlü Elmira Qardaşxan qızı Əmrahova ağır yanıq xəsarətləri alıb. Onlar dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıblar.
Yaralılardan ikisinin vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.