Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən oxu.az-a bildirilib ki, fevralın 16-da, saat 17:00 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində Bakı şəhər sakinləri Rəhim Manafovun idarə etdiyi “Opel”, Eldəniz Məcidovun idarə etdiyi “Toyota”, Samirə Əliyevanın idarə etdiyi “Volkswagen” və Namiq Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə R.Manafovun sərnişinlərindən Bakı şəhər sakinləri Rasim Manafov və Oleq Sinkov hadisə yerində ölüb, sürücü və digər sərnişin xəstəxanaya yerləşdirilib.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.