Quba rayonunda 21 yaşlı oğlan özünü asaraq intihar edib. "Report"un Şimal bürosu xəbər verir ki, hadisə rayonun Qəçrəş kəndində qeydə alınıb. Belə ki, kənd sakini,1997-ci il təvəllüdlü Xanmədov Kamal Bəxtiyar oğlu "Dostluq" kafesində özünü asıb. K.Xanmədov həmin kafedə ofisant işləyirmiş.
Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.