Bakı şəhəri, Binəqədi rayonunda taxtadan tikilmiş, ümumi sahəsi 117 m2 olan birmərtəbəli tikili və içərisində olan əşyalar, həmçinin ümumi sahəsi 33 m2 olan bitişik tikili yanıb.
FHN-dən oxu.az-a verilən məlumata görə, yanğın zamanı bir nəfər yanıq xəsarətləri alıb.
Yanğının kəşfiyyatı zamanı 2016-cı il təvəllüdlü Əliyeva Ayan Lətif qızının yanmış meyiti aşkarlanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.