Oktyabrın 18-də saat 23 radələrində Göyçay rayonunun Ləkçıplaq kəndi ərazisində QAZ-24 və VAZ-2105 markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində VAZ-ın sürücüsü, 1993-cü il təvəllüdlü Zamiq Kərimli aldığı xəsarətlərdən hadisə yerində ölüb, QAZ-24-ün sürücüsü, 1976-cı il təvəllüdlü Aqil Abdullayev və sərnişini, 1990-cı il təvəllüdlü Müşviq Əzizov xəsarət alıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan saytımıza bildirilib ki, 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.