Gədəbəy rayonunun Parakənd kəndində vanna otağında qaz sızmasından partlayış olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində 1996-cı il təvəllüdlü A.Cəfərova ağır yanıq xəsarətləri alıb.
O, əvvəlcə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, sonra Gəncədə yerləşən xəstəxanalardan birinə aparılıb.
A.Cəfərovanın vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.