Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az report-a istinadən xəbər verir ki, avtomobil yolu keçən 1979-cu il təvəllüdlü Sarıyeva Samirə Mehman qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.