Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə şəhərin dənizkənarı hissəsində baş verib.
Belə ki, "Daewoo" markalı minik avtomobili Astara rayonunun Kolatan kənd sakini 1995-ci il təvəllüdlü Anar Bəxtiyar oğlu Ağarzazadəni vurub.
Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada, sürücü tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər gəncin vəziyyətini ağır qiymətləndirir.
Faktla bağlı araşdırma aparılır.