Bakı şəhər Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo" xəbər verir ki, dünən saat 22:20-də 1962-ci il təvəllüdlü Akif Ələkbərli 46 saylı marşrut xətti üzrə idarə etdiyi "Daewoo" markalı avtobusla yolu keçən piyadanı vurub. Nəticədə 1971-ci il təvəllüdlü Elmidar Kazım oğlu Xudiyev aldığı ağır xəsarətlərdən vəfat edib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.