Salyanda yol-nəqliyyat hadisəsi: Xəsarət alanların son durumu AÇIQLANDI (YENİLƏNİB) » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:58 Rusiyada qəribə hadisə: Tanımadığı şəxs barmağını dişlədi, bir müddət sonra öldü  |     18:52 Bakıda altı məktəb əsaslı təmirlə bağlı köçürülüb  |     18:39 Güney Azərbaycan təşkilatları Zəngəzur yolu ilə bağlı birgə bəyanat yayıblar  |     18:25 Kişi sirkə turşusu içib özünü öldürdü  |     18:05 Yeniyetmə qızdan şantajla 8400 manat aldı: Həbs olundu - FOTO  |     18:00 Naxçıvanda gecə saatlarında internet olmayacaq - SƏBƏB  |     17:58 AMEA-dan "Vikipediya"dan şəhidlərimizin məqalələrinin silinməsi ilə bağlı AÇIQLAMA  |     17:55 Buraxılış və Azərbaycan dili imtahanının nəticələri açıqlandı  |     17:52 Fermada məktəblinin meyiti tapıldı  |     17:45 "Hələ dərs açılmamış vəziyyət belədirsə..."  |     17:37 Bakı yollarında COP29 üçün zolaq salınır - VİDEO  |     17:30 Dondurulmuş qidalar təhlükə yarada bilər  |     17:23 Yeddi ay ərzində Azərbaycanda 35 mindən çox ölüm qeydə alınıb  |     17:16 97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsində üç məntəqənin nəticələri ləğv olunub  |     17:08 Azərbaycanda əhalinin sayı açıqlandı  |     17:00 Azərbaycan Qran-prisi: "Formula 1"də ikinci sərbəst yürüş başlayıb  |     16:59 Azərbaycanda əhalinin sayı açıqlandı  |     15:27 Yer zərbə altında: Plazma buludu planetə yaxınlaşır  |     15:00 Müğənni Kərim Abbasovun toyda döyülməsi ilə bağlı YENİ DETALLAR  |     14:39 Meymunçiçəyinə qarşı peyvəndin istifadəsinə icazə verildi  |    

Salyanda yol-nəqliyyat hadisəsi: Xəsarət alanların son durumu AÇIQLANDI (YENİLƏNİB)

Salyan rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan üç nəfər (bir qadın, iki kişi cinsli olmaqla) 13 avqust saat 20:20-də Salyan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Bu məlumat oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

"Bədənin müxtəlif nahiyələrinin sınığı, əzilməsi diaqnozu qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda qeyd olunur.

* * * * *

Salyanda yol-nəqliyyat hadisəsində üç nəfər xəsarət alıb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Bakı şəhər sakinləri - 2004-cü il təvəllüdlü İlknur Xəyal oğlu Məmmədov, 2024-cü il təvəllüdlü Rəsul İlknur oğlu Məmmədov və Salyan şəhər sakini 1982-ci il təvəllüdlü Xəyal Aslan oğlu Hüseynov müxtəlif dərəcəli xəsarət alıblar.

Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            267 14.08.24 12:07