Bakıda kişi hündürlükdən yıxılıb.
Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. 49 yaşlı Zahid Musa oğlu Şahzadə yaşadığı evin damından yıxılaraq, ağır xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, mərhum sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Bakıxanov qəsəbəsində özünə ev tikdirirmiş. Mərhum ustaların əl işinə baxmaq üçün dama çıxıb. Bu zaman yıxılaraq, ağır xəsarət alıb. Z.Şahzadə bir neçə il əvvələ qədər Bakıda daş karxanasına rəhbərlik edib.