Azərbaycanda klub rəhbəri və qohumunun faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - FOTO (YENİLƏNİB)
"Ağdaş" klubunun rəhbəri və qohumunun çayda boğulması hadisəsi ilə bağlı bəzi detallar bəlli olub.
Fərid Ağazadə övladları ilə istirahət məqsədi ilə çay kənarına gedib.
F.Ağazadə çaya girib və bir müddət sonra ailəni gətirən taksi sürücüsü onun sudan çıxmadığını görüb. O, dərhal Fəridin dayısı oğlu Rəhman Əliyevə zəng edib.
Hadisə yerinə gələn R.Əliyev qohumunu çaydan çıxarmaq üçün çaya girib və o da boğulub.
Qeyd edək ki, Fərid Ağazadə ailəli olub, 3 qız övladı var. Rəhman Əliyev isə subay olub.
* * * * *
Ağdaş şəhər sakini, 1988-ci il təvəllüdlü Fərid Ağa oğlu Ağazadə rayonun Dəhnəxəlil kəndi ərazisində çayda çimərkən boğulub.
Onu sudan çıxartmaq məqsədilə çaya düşən dayısı oğlu, 1990-cı il təvəllüdlü Rəhman Cəfər oğlu Əliyev də çayda boğularaq ölüb.
Hər iki şəxsin meyiti səhər saatlarında suda çıxarılıb.
Qeyd edək ki, Rəhman Əliyev Azərbaycan II liqa təmsilçilərindən olan "Ağdaş" klubunun rəhbəridir.
Fotoda Rəhman Əliyev
//oxu.azскачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!