Bakının Binəqədi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, avtomobil yolu keçən 1985-ci il təvəllüdlü Dünyamin Əkrəm oğlu Məlikovu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.