Bakıda intihar baş verib.
Lent.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Yasamal rayonunda qeydə alınıb.
2003-cü il təvəllüdlü Zərifə Bəhram qızı Məmmədzadə özünü 12-ci mərtəbədən atıb. O, hadisə yerindəcə keçinib.
Sakinlərin dediklərinə görə, intihar edən qız həmin binada yaşamırmış.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.