Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, rayonun Maştağa qəsəbəsində avtomobil yolu keçən 1973-cü il təvəllüdlü Kəmalə Şəfəq qızı Şirinovanı vurub.
Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.