Bakıda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Səbail rayonu G.Əliyev küçəsi dalan 4, ev 16s ünvanında qeydə alınıb.
Nəticədə evdə yaşayan 1997-ci il təvəllüdlü Viktor Trukin köməksiz vəziyyətdə qalaraq ölüb.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Əməliyyat-İstintaq Baş İdarəsində araşdırma aparılır.