Bakının Suraxanı rayonunda 36 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
“Report” xəbər verir ki, 1988-ci il təvəllüdlü Xatirə Əyyub qızı Yusifova yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.