Şəki şəhərində 38 yaşlı qadın bir neçə gün öncə intihara cəhd edib.
Oxu.Az-ın məlumatına görə, fevralın 25-də 1986-cı il təvəllüdlü Sevinc Rəhimova sirkə turşusu içib.
O, xəstəxanaya yerləşdirilib. Daha sonra Bakı şəhərindəki xəstəxanalardan birinə təhkim olunub. Qadın ötən gecə orada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.