Göygöl şəhərində ana və qızı dəm qazından zəhərləniblər.
“Trend” xəbər verir ki, 1967-ci il təvəllüdlü Aygün Məmmədova və anası 1934-cü il təvəllüdlü Minayə Məmmədova yaşadıqları evin hamamında olarkən dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.