Bərdədəki Laçın məktəbi bağlanıb: Təhsil müəssisəsində dörd şagird qalıb - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:50 Bu il müharibə zonalarında 42 jurnalist öldürülüb  |     22:34 FHN kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  |     22:23 Sumqayıtda Narkoloji Dispanserdə müalicə alan şəxs öldü  |     22:07 Havalar get-gedə soyuyur: avtomobiliniz qış şəraitinə hazırdırmı?  |     22:00 Bakıda obyektdən 5500 manat oğurlayan uşaqlar tutuldu  |     21:55 Hippokratdan "İmmunitet" içkisi - Resept  |     21:46 Kürdəmirdə traktor yanıb  |     21:40 “İlin adamı” seçildi  |     21:31 Qırğızıstan himnini dəyişir  |     21:25 Laboratoriyada 15 dəqiqəyə almaz istehsal edildi: Bu, necə baş verdi?  |     21:18 Son bir ayda əhali ərzağa 2,8 milyard manat xərcləyib  |     21:11 Bu iki ölkə də yanvarın 1-dən Şengenə qoşulacaq  |     21:05 Keçi pendiri niyə bahadır? (AÇIQLAMA)  |     20:57 Bu günədək bələdiyyə seçkilərinə neçə şəxs namizəd olub?  |     20:52 Bakı və digər şəhərlərdə 200-dən çox bina qəzalı vəziyyətdədir  |     20:44 Azərbaycanda ən çox əməkhaqqını onlar alır  |     20:39 Argentinanın məşhur kanalı Messinin Bakı səfərini paylaşdı (FOTO)  |     20:31 Azərbaycanda ata oğlunu məhkəməyə verdi - Mandarinə görə  |     20:25 İran sanksiyalar ləğv edilmədən nüvə obyektlərində intensiv yoxlamalara icazə verməyəcək  |     20:17 AZAL apreldə Bakı-Səmərqənd-Bakı uçuşlarını bərpa edəcək  |    

Bərdədəki Laçın məktəbi bağlanıb: Təhsil müəssisəsində dörd şagird qalıb - VİDEO

Bərdə rayonunun Qaradəmirçi kəndində fəaliyyət göstərən Laçın rayonu, Aşağı Fərəcan kənd orta məktəbinin bağlandığı bildirilir. Bu iddia ilə məktəbin işçiləri çıxış edib.

Xezerxeber.az-ın məlumatına görə, Yasəmən Ələkbərova deyib ki, məktəbdə o və ailə üzvləri çalışıblar.

Ənənəvi olaraq sentyabr ayında işə başlamaq üçün gəlsələr də, direktor bu il məktəbin fəaliyyət göstərməyəcəyini bildirib.

1995-ci ildən fəaliyyət göstərən təhsil müəssisəsi üçün 20 il öncə qeyri-hökumət təşkilatı tərəfindən bir neçə sinif otağı tikilib.

Məktəbin müəllim və texniki işçiləri verilən qərarla razılaşmaq istəmirlər.

Məktəb direktoru Etibar Nəbiyev isə bildirib ki, təhsil ocağı uzun illərdir köçkün həyatı yaşayır. İki il əvvəl Qaradəmirçi kəndinin ərazisində müasir standartlara uyğun yeni məktəb binası tikildiyindən şagirdlər həmin məktəbə yönəldiliblər. Məktəbdə təhsil almaq üçün cəmi 4 uşaq qalıb.

Mövzu ilə bağlı Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən isə bildirilib ki, ki, sözügedən məktəb bağlanmayıb, fəaliyyətini davam etdirir. Məktəbin bağlanması ilə bağlı rəsmi qərar yoxdur. Gələcəkdə şagird sayının kəskin azalması ilə bağlı olaraq Aşağı Fərəcan kənd tam orta məktəbinin fəaliyyəti dayandırılarsa, məktəbin pedaqoji və texniki heyətinin digər ümumtəhsil müəssisələrində ixtisasları üzrə işlə təmin olunması məsələsinə baxılacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 179 06.11.23 12:40