Şirvan şəhərində avtomobil sərxoş piyadanı vurub.
APA xəbər verir ki, hadisə Şirvan şəhəri, T.İsmayılov küçəsində qeydə alınıb.
“Opel” markalı 99-MZ-076 dövlət nömrə nişanlı avtomobil sərxoş vəziyyətdə olan Şirvan sakini, 1981-ci il təvəllüdlü Məmmədov Tahir Aslan oğlunu vurub. Sonuncu ağır kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.