Bakıda ustanı iş yerində elektrik cərəyanı vuraraq öldürüb.
Sabunçu Rayon Prokurorluğundan verilən məlumata görə, oktyabrın 10-u saat 18:00 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən dəmirdüzəltmə sexində usta işləyən 1992-ci il təvəllüdlü Mahir Səmədzadənin iş yerində elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hazırda hadisənin təfərrüatının müəyyən edilməsi istiqamətində Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.