İmişlidə bir neçə gün əvvəl avtomobillə toqquşan motosiklet sürücüsü ölüb.
Hadisə oktyabrın 5-də İmişli rayonunda qeydə alınıb.
Bakı şəhər sakini Saleh Hümbətovun idarə etdiyi "Kia Sorento” markalı avtomobillə rayon sakini Mirbala Zeynalovun idarə etdiyi "İj” markalı motosiklet toqquşub.
Ağır xəsarət alan motosiklet sürücüsü İmişli Rayon Xəstəxanasına yerləşdirilib. O daha sonra Bakıya aparılaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, M.Zeynalov ötən gün dünyasını dəyişib.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb.