Ağcabədi rayonunun Sarıcalı kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 80 m² sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yüksək temperaturdan bitişik, ümumi sahəsi 133 m² olan talvarın lambirindən ibarət tavanı əriyib.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.