Bakıda piyadanın ölümünə ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Neftçala rayon sakini A.Sərdarzadə idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini İ.Məmmədovu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Araşdırma aparılır.