Bakıda bıçaqlanma hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Rzaxanov Hacıbəy Fazil oğlu naməlum şəraitdə bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.