Moskvanın Şeremetyevo hava limanında iki təyyarə toqquşub.
Vesti.ru saytının verdiyi xəbərə görə, iki hava gəmisi qanad-qanada gəlib.
İnsident zamanı xəsarət olan olmayıb: "Royal Flight" şirkətinin təyyarəsi boş imiş, "Aeroflot"a məxsus - Pekinə yollanan ikinci təyyarənin sərnişinləri isə tez bir zamanda təxliyyə olunub.
Toqquşmanın səbəbləri barədə məlumat verilmir.