Gürcüstanın Baş naziri Mamuka Baxtadze istefa verib.
O, bununla bağlı "Facebook" hesabında məlumat verib:
"Mən istefa vermək qərarına gəldim. Hesab edirəm ki, bu müddət ərzində öz missiyamı yerinə yetirmişəm".
* * * * *
Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin istefa verəcəyi gözlənilir.
M.Baxtadzenin sentyabrın 2-si saat 15:00-da bununla bağlı bəyanat verəcəyi bildirilir.
Qeyri-rəsmi məlumatlara əsasən, ölkənin yeni Baş naziri hazırkı Daxili İşlər naziri Giorgi Qaxaria olacaq.
Hakim partiyanın siyasi katibi İrakli Qaribaşvili isə Daxili İşlər naziri təyin ediləcək.