Alimlər 2016-ci ildə Efiopiyada tapılan insanın kəllə sümüyünün tədqiqatını başa çatdırıb. Mütəxəssislər 3.8 milyon il əvvələ aid olduğu güman edilən kəllə sümüyünü araşdırarkən ilk insanın nəyə bənzədiyini də açıqlayıblar.
Qaynarinfo Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, Efiopiyanın Afar bölgəsində tapılan kəllə sümüyünün çox yaxşı vəziyyətdə olduğunu deyən alimlər onun 4.1-3.6 milyon ilə aid olduğunu ehtimal edir.
Kəllə sümüyünü araşdıran alimlər həmin dövrdə insanın hansı formada olduğunu nümayiş etdiriblər.