Ukraynanın yeni baş naziri təsdiqlənib.
"RİA Novosti" xəbər verir ki, bu gün ölkənin Ali Radası təqdim olunmuş yeganə namizəd, Aleksey Qonçaruku səs çoxluğu ilə təsdiq edib.
O, minimum 226 səs toplamalı olduğu halda, 290 deputatın səsini qazanıb.
Qeyd edək ki, 35 yaşlı Aleksey Qonçaruk hüquqşünas, hüquq üzrə fəlsəfə doktorudur. O, Ukrayna Prezidentinin aparat rəhbərinin iqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışıb.